Bakı-Sumqayıt yolu yenidən bağlandı – DİQQƏT
Bu gün səhər saatlarında Bakı-Sumqayıt yolunda qəza baş verib. Nəticədə yol ayırıcı zolaqda yerləşən təhlükəsizlik sədləri yararsız vəziyyətə düşüb. Bu səbəbdən nəqliyyatın hərəkətində çətinliklər yaranıb.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Minval.info-ya daxil olan məlumata görə, bu məqsədlə saat 11:00- dan başlayaraq yararsız vəziyyətə düşmüş təhlükəsizlik sədlərinin təmiri işləri aparılacaq.
Yolun iş gedən zolaqları həm Sumqayıt, həm də Bakı şəhəri istiqamətində tam məhdudlaşdırılacaq. Digər zolaqlarda hərəkət davam edəcək.
İşlər təxminən 3-4 saat müddətinə yekunlaşacaq.
XƏBƏR LENTİ
2025/11/19 14:22

