Bakı-Sumqayıt yolunda ağır qəza: Sərnişin avtobusu arakəsməyə çırpıldı – VİDEO
Bakı-Sumqayıt yolunda ağır avtoqəza baş verib.
Minval.info xəbər verir ki, hadisə yolun Ceyranbatan bağları ərazisində qeydə alınıb.
Şahidlərin məlumatına görə, avtobusla minik maşını toqquşub və nəticədə sərnişin daşıyan nəqliyyat vasitəsi dəmir arakəsməyə çırpılıb.
Ölən və yaralananların olub-olmaması barədə xəbər yoxdur.
İlkin ehtimala görə, minik maşını yolda əks istiqamətdə hərəkət etdiyindən qəza baş verib.
Samir Mirzə / Minval.info
XƏBƏR LENTİ
2025/11/19 14:22

