Bakıda 10 yaşlı oğlan zorlanıb – Pedofil yaxalandı
Bakının Binəqədi rayonunda pedofil saxlanılıb.
Bu barədə “oxu.az”a rayonun Polis İdarəsindən məlumat verilib.
Beşinci Polis Bölməsinin əməkdaşları 33 yaşlı Kürdəmir rayon sakini A.Əbilovu saxlayıb.
O, mayın 21-də axşam 20:00 radələrində 10 yaşlı oğlanı tovlayaraq, 3026-cı məhəllədə yerləşən şadlıq evinin arxasında zorlamaqda ittiham olunur.
Pedofili çevik polis alayının əməkdaşları şahidlərin köməyi ilə saxlayıb.
Hazırda saxlanılan şəxsin başqa oxşar cinayətlər törədib-törətmədiyi araşdırılır.
Minval.info
XƏBƏR LENTİ
2025/11/19 14:22

