Bakıda 17 yaşlı ərəb turist itkin düşüb – FOTO

Daun sindromlu 17 yaşlı turist Sultan Abdullah Alqaseer paytaxta yerləşən “Winter Park” hotelindən çıxıb, bir daha geri qayıtmayıb
Birləşmiş Ərəb Əmirliklərindən olan turist Bakıda itkin düşüb.
Bu barədə Minval.İnfo-ya səfirlikdən məlumat verilib.
Bildirilir ki, martın 27-də saat 05: 20 radələrində daun sindromlu 17 yaşlı turist Sultan Abdullah Alqaseer paytaxta yerləşən “Winter Park” hotelindən çıxıb, bir daha geri qayıtmayıb.
Birləşmiş Ərəb Əmirliklərinin Bakıdakı səfirliyi onun görənlərdən səfirliyə müraciət etmələrini və ya 051 660 65 55 nömrəli telefona zəng etmələrini xahiş edir.
XƏBƏR LENTİ
2025/11/19 14:22

