Bakıda 18 mərtəbəli binada yanğın – 30 nəfər təxliyə edildi, 1 nəfər zəhərləndi – FOTO
Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Xətai rayonunda 18 mərtəbəli yaşayış binasının elektrik şaxtasında yanğın nəticəsində kabellər yanıb.
Fövqəladə Hallar Nazirliyindən Minval.İnfo-ya verilən məlumata görə, Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri yanğınsöndürmə işlərinə cəlb olunub.
30 nəfər bina sakini xilasedicilər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub. 1 nəfər binanın mühafizəçisi tüstüdən zəhərlənib.
Hadisə nəticəsində başqa xəsarət alan olmayıb.
Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.
Minval.İnfo Sputnik-ə istinadən hadisə yerindən fotoları təqdim edir:



XƏBƏR LENTİ
2025/11/19 14:22

