Bakıda 19 yaşlı qız müəmmalı halda itkin düşdü
Bakıda 19 yaşlı qız itkin düşüb.
Minval.info Trend-ə istinadən bildirir ki, hadisə Xətai rayonu, General S.Mehmandarov küçəsində baş verib.
Həmin ünvanda yaşayan, 1968-ci il təvəllüdlü Tərlan Rəsulov polisə müraciət edərək bildirib ki, onunla birlikdə həmin ünvanda yaşayan qızı, 2000-ci il təvəllüdlü Şəms Tərlan qızı Rəsulzadə fevralın 1-də saat 13 radələrində evdən çıxıb və bir daha geri qayıtmayıb.
Faktla bağlı araşdırma aparılır.
XƏBƏR LENTİ
2025/11/19 14:22

