Bakıda 2 yeniyetmə qız yoxa çıxıb
Bakıda yeniyetmə qızların itkin düşməsi ilə bağlı polisə müraciətlər daxil olub.
Minval.info Lent.az-a istinadən xəbər verir ki, 30 yaşlı Aygün Cabbarova polisə müraciət edərək bildirib ki, 14 yaşlı qızı Günay yanvarın 15-də bulvarda olarkən ondan ayrılıb. Anasının yanından uzaqlaşan qız daha sonra geri qayıtmayıb.
Oxşar müraciətlə Qalina Samoylova adlı qadın da polisə müraciət edib. O qeyd edib ki, ruhi-əsəb xəstəsi olan 15 yaşlı qızı Qabriella yanvarın 4-də axşam saatlarında evdən çıxıb və bir daha geri qayıtmayıb.
Hər iki müraciətlə bağlı axtarış tədbirləri həyata keçirilir.
XƏBƏR LENTİ
2025/11/19 14:22

