Bakıda 20 yaşlı qız 5-ci mərtəbədən yıxılıb öldü
Bakıda gənc qız ehtiyatsızlığın qurbanı olub.
Minval.info report-a istinadən xəbər verir ki, hadisə Nizami rayonunda qeydə alınıb.
Bəkir Çobanzadə küçəsində 2000-ci il təvəllüdlü Həsənzadə Xədicə Ramiz qızı 5-ci mərtəbədən yıxılıb.
Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Lakin həkimlərin səyinə baxmayaraq, X.Həsənzadənin həyatını xilas etmək mümkün olmayıb.
XƏBƏR LENTİ
2025/11/19 14:22

