Bakıda 21 yaşlı gənc narkotik vasitənin təsirindən ölüb
Bakıda 21 yaşlı gənc narkotik vasitənin yüksək təsirindən ölüb.
“Report”un xəbərinə görə, hadisə paytaxtın Nəsimi rayonunda qeydə alınıb.
Belə ki, 1998-ci il təvəllüdlü M.Quliyev yaşadığı evdə narkotik vasitənin yüksək təsirindən dünyasını dəyişib.
Onun meyiti Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə təhvil verilib.
Faktla bağlı Nəsimi Rayon Prokurorluğunda araşdırma aparılır.
XƏBƏR LENTİ
2025/11/19 14:22

