Bakıda 3 otaqlı ev yanıb
Bakıda fərdi yaşayış evində yanğın baş verib.
APA Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, hadisə Xəzər rayonunda qeydə alınıb.
Yanğın zamanı ümumi sahəsi 80 m² olan birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları və içərisindəki əşyalar yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
XƏBƏR LENTİ
2025/11/19 14:22


