Bakıda 40 yaşlı kişini döyərək ayağını sındırıblar
Bakının Xəzər rayonunda döyülmə hadisəsi baş verib.
APA xəbər verir ki, hadisə Binə qəsəbəsində baş verib.
Mehriban Qonşular küçəsində 1979-cu il təvəllüdlü Kərimov Kərim tanımadığı şəxslər tərəfindən döyülüb. Nəticədə onun sol ayağı sınıb. Yaralı ağır vəziyyətdə 1 saylı şəhər xəstəxanasına yerləşdirilib.
Faktla bağlı Xəzər Rayon Polis İdarəsində araşdırma aparılır.
XƏBƏR LENTİ
2025/11/19 14:22

