Bakıda 5 mərtəbəli yaşayış binasında yanğın: Sakinlər təxliyyə edildi
Bakıda 3 otaqlı mənzildə yanğın baş verib.
Minval.info FHN-in saytına istinadən məlumatına görə, Qaradağ rayonunda beşmərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 55 m² olan 3 otaqlı mənzilin yanar konstruksiyaları və ev əşyaları 30 m² sahədə yanmış, yüksək temperaturdan dəhlizin lambirdən ibarət tavanı 5 m² sahədə əriyib.
Yanğın zamanı 5 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub.
Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.
XƏBƏR LENTİ
2025/11/19 14:22

