Bakıda 5 yaşlı uşaq ikinci mərtəbədən yıxıldı
Bakıda 5 yaşlı uşaq ikinci mərtəbədən yıxılıb.
Minval.info “Report”a istinadən xəbər verir ki, hadisə Binəqədi rayonunun Biləcəri qəsəbəsində qeydə alınıb.
Belə ki, 2014-cü il təvəllüdlü Rüstəm Şəkərli ikinci mərtəbədən yıxılaraq ağır xəsarət alıb. Yaralı xəstəxanaya yerləşdirilib, vəziyyəti orta-ağır olaraq qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.
XƏBƏR LENTİ
2025/11/19 14:22

