Bakıda 8 aya 3200 yol nişanı quraşdırılıb

Bu ilin 8 ayı ərzində Bakı şəhərində yol hərəkəti təhlükəsizliyinin artırılması məqsədilə küçə və prospektlərdə 3200 yol nişanı quraşdırılıb.
Minval.info-nun məlumatına görə, bu barədə Bakı Nəqliyyat Agentliyinin İdarə heyətinin sədri Vüsal Kərimli deyib.
O bildirib ki, həmçinin hesabat dövründə yol nişanları ilə bağlı 112 vətəndaş müraciəti təmin edilib.
Ümumilikdə yol nişanları ilə bağlı illik hədəfin 57 faizi təmin edilib.
XƏBƏR LENTİ
2025/11/19 14:22

