Bakıda 80 yaşlı kişinin evinə girib, əl-qolunu bağlayıb pulunu oğurladılar
Bakıda yaşlı kişinin evi qarət olunub.
Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən “Minval.info”ya bildirilib.
DİN-in “102 – Zəng Mərkəzi”nə aprelin 10-da saat 2 radələrində Biləcəri qəsəbəsində yaşayan 80 yaşlı N.Əlimuradovun yaşadığı evə girən 2 nəfərin onun əllərini iplə bağlayıb 260 manat pulunu və ərzaq mallarını talamaları barədə məlumat daxil olub.
Binəqədi RPİ 6-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluq əməlini törətməkdə şübhəli bilinən əvvəllər oğurluğa görə məhkum olunanlar – Kürdəmir rayon sakini İkram Məmmədov və Yevlax rayon sakini Tarıyel Vəliyev müəyyən edilərək saxlanılıb.
Binəqədi Rayon Polis İdarəsində araşdırma aparılır.
XƏBƏR LENTİ
2025/11/19 14:22


