Bakıda 82 yaşlı qadın binadan yıxıldı
Bakıda qadın ehtiyatsızlıqdan üçüncü mərtəbədən yıxılıb.
“Minval.info” APA-ya istinadla xəbər verir ki, hadisə paytaxtın Nərimanov rayonu, Təbriz küçəsi, ev 116 ünvanında qeydə alınıb.
1940-cı il təvəllüdlü Şəfiqə Əhmədova yaşadığı beşmərtəbəli binanın 3-cü mərtəbəsinin eyvanında paltar asarkən ehtiyatsızlıqdan yıxılıb. Qadın ağır xəsarətlər alıb və Klinik Tibbi Mərkəzə yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
XƏBƏR LENTİ
2025/11/19 14:22


