Bakıda 9 yaşlı qız itkin düşüb – FOTO
Bakıda 9 yaşlı qız itkin düşüb.
Yaxınlarının APA-ya verdiyi məlumata görə, Yasamal rayonu Xaqan Dadaşov küçəsi ev 124 ünvanında yaşayan, 9 yaşlı Əhmədova İnci Bəhmən qızı yaşadığı evin həyətindən yoxa çıxıb. Hadisə barədə Yasamal rayon Polis İdarəsinin 29-cu Polis Bölməsinə məlumat verilib.
İ.Əhmədova itkin düşərdə onun əynində çəhrayı rəngdə şortik və qırmızı rəngdə köynək olub.
Onu görənlərdən Daxili İşlər Nazirliyinin “102” xidmətinə və ya (055) 859-12-82 nömrəsinə məlumat vermələri xahiş olunur.

XƏBƏR LENTİ
2025/11/19 14:22

