Bakıda ağır yol-nəqliyyat hadisəsi qeydə alınıb.
“Minval.info”nun məlumatına görə, qəza “Papanin körpüsü” deyilən ərazidə baş verib.
Məlumata görə, hərəkətdə olan avtomobilin sürücüsü idarəetməni itirib və maşın aşıb.
Sürücü hadisə şahidlərinin köməyilə avtomobildən çıxarılıb.