Bakıda ağır yol qəzası baş verib, 1 nəfər ölüb, 5-i yaralanıb
Bakıda ağır yol qəzası baş verib.
Minval.info Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, hadisə Sabunçu rayonunun Ramana qəsəbəsi ərazisində qeydə alınıb.
Belə ki, dekabrın 23-də saat 14 radələrində Bakı şəhər sakini Sübhan Məmmədov idarə etdiyi “NAZ Lifan” markalı avtomobili aşırıb. Nəticədə sürücü və 5 sərnişini xəstəxanaya yerləşdirilib, onlardan qayınanası M.İsmayılova orada ölüb.
Sabunçu rayon Polis idarəsi tərəfindən araşdırma aparılır.
XƏBƏR LENTİ
2025/11/19 14:22

