Bakıda ahıl kişini avtomobil vuraraq öldürüb
Bakıda ahıl kişinin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
“Report” xəbər verir ki, hadisə Sabunçu rayonunda baş verib.
Belə ki, Zabrat qəsəbəsində yolu keçmək istəyən 1955-ci il təvəllüdlü Mirzəyev Qənbər Əli oğlunu minik avtomobili vurub. Q.Mirzəyev hadisə yerində dünyasını dəyişib.
Faktla bağlı Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları avtotexniki ekspertiza təyin edib. Sürücü saxlanılıb.
Araşdırma aparılır.
XƏBƏR LENTİ
2025/11/19 14:22

