Bakıda ana övladı ilə birgə intihara cəhd etdi
Bakıda qadın azyaşlı uşağı ilə birgə intihara cəhd edib.
“Minval.info” xəbər verir ki, Hadisə Bakının Nərimanov rayonunda baş verib.
FHN-nin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə 1 nəfər qadının azyaşlı uşağı ilə birlikdə intihar etmək istəyini nümayiş etdirməsi haqda məlumat daxil olub.
Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub.
Görülən tədbirlər nəticəsində intihar cəhdinin qarşısı alınıb.
Minval.info
XƏBƏR LENTİ
2025/11/19 14:22

