Bakıda aptekdən çıxan kişi yıxılaraq öldü

Paytaxtın Binəqədi rayonunda ölüm hadisəsi qeydə alınıb.
Minval.İnfo ONA-ya istinadən xəbər verir ki, Binəqədi rayonu Mədəniyyət Evinin yaxınlığında aptekdən çıxan orta yaşlı kişinin qəfil halı pisləşib və o yıxılaraq dünyasını dəyişib. Hadisə yerinə ərazidə xidmət edən hüquq-mühafizə orqanları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.
XƏBƏR LENTİ
2025/11/19 14:22

