Bakıda avtobus sürücüsü piyadanı döyüb
Bakının Sabunçu rayonunda döyülmə hadisəsi baş verib.
Minval.info APA-ya istinadən xəbər verir ki, hadisə Zabrat qəsəbəsində qeydə alınıb.
166 saylı marşrut avtobusunun sürücüsü piyadanı – 1994-cü il təvəllüdlü Zeyniyev Elton Oqtay oğlunu döyərək xəsarət yetirib. Yaralı xəstəxanaya yerləşdirilib. Ona burnunun sınığı, üzün əzilmiş yarası diaqnozu qoyulub.
Faktla bağlı araşdırma aparılır.
XƏBƏR LENTİ
2025/11/19 14:22

