Bakıda avtobus velosipedçini vurub öldürdü – FOTO
Bakıda marşrut avtobusu velosipedçi gənci vurub öldürüb.
Hadisə Binəqədi rayonunun Biləcəri qəsəbəsindəki Xurşidbanu Natəvan küçəsində qeydə alınıb.
Belə ki, 91 saylı marşrut xətti üzrə hərəkət edən avtobus təxminən 20-22 yaşlarında, hələlik şəxsiyyəti məlum olmayan gənci vuraraq öldürüb.
Faktla bağlı araşdırma aparılır. (interpress.az)
XƏBƏR LENTİ
2025/11/19 14:22

