Bakıda avtobusa hücum edilib – 1 nəfər yaralandı
Bu gün Nərimanov rayonu “Gənclik” metrostansiyasının çıxışında 26 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkət edən sərnişin avtobusuna hücum olub.
Minval.info xəbər verir ki, bu barədə Musavat.com-a hadisə şahidi məlumat verib. Şahidlərin sözlərinə görə, əqli məhdudiyyətli bir kişi daşla avtobusun şüşəsini sındırıb.
Hadisənin əsl səbəbi isə müvafiq qurumların araşdırmasından sonra məlum olacaq. Məlumat üçün bildirək ki, hadisə nəticəsində sərnişinlər arasında xəsarət alan da olub.
XƏBƏR LENTİ
2025/11/19 14:22

