Bakıda avtobusla maşın toqquşdu, 5 nəfər yaralandı – SON DƏQİQƏ!
Bakının Binəqədi rayonunda xəsarətlə nəticələnən yol qəzası baş verib.
Minval.info “Report”a istinadla xəbər verir ki, Novxanı qəsəbəsi istiqamətində hərəkətdə olan sərnişin avtobusu ilə minik avtomobilinin toqquşması nəticəsində 5 nəfər xəsarət alıb.
Yaralılar – Tağıyev Ayaz (35 yaş), Alıyev Rizvan (51), Məmmədov Xəyyam (38), Səfərov Bəxtiyar (38) və Məmmədov Eldəniz (49) müxtəlif dərəcəli bədən xəsarətləri ilə 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
Yaralıların hansı nəqliyyat vasitəsində olduğu məlum deyil.
XƏBƏR LENTİ
2025/11/19 14:22

