Bakıda avtomobil park etmək üstündə qətl
Minval.info-nun APA-ya istinadən məlumatına görə, hadisə Yasamal rayonu, Xıdır Mustafayev küçəsi 126 ünvanında qeydə alınıb.
Hadisə zamanı 1970-ci il təvəllüdlü İsgəndərov Şahin Rasim oğlu yaşadığı binanın qarşısında bıçaqlanıb. Məlumata görə, o, avtomobilini park edərkən qonşusu ilə mübahisə edib. Mübahisə nəticəsində qonşusu ona 9 bıçaq zərbəsi vurub.
Ş. İsgəndərov ağır vəziyyətdə 1 saylı Şəhər Kliniki Xəstəxanasına yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.
Faktı Yasamal Rayon Prokurorluğu araşdırır.
XƏBƏR LENTİ
2025/11/19 14:22


