Bakıda avtomobil yolu keçən piyadanı vurub öldürdü
Bakıda avtomobil piyadanı vuraraq öldürüb.
DİN-dən verilən məlumata görə, hadisə noyabrın 3-də saat 15 radələrində Nəsimi rayonunun R.Məmmədov küçəsində qeydə alınıb.
Belə ki, Bakı şəhər sakini Ələkbər İsgəndərov idarə etdiyi “VAZ-21014” markalı avtomobillə yolu keçən paytaxt sakini Alyoşa Babayevi vurub. Xəstəxanaya yerləşdirilmiş piyada ölüb.
Nəsimi rayon Polis idarəsi tərəfindən araşdırma aparılır.
XƏBƏR LENTİ
2025/11/19 14:22

