Bakıda avtomobillə vurulan 63 yaşlı kişi ağır yaralanıb
Bakıda xəsarətlə nəticələnən daha bir yol-nəqliyyat hadisəsi baş verib.
Minval.info-nun məlumatına görə, hadisə Nərimanov rayonunda qeydə alınıb.
Belə ki, 1958- ci il təvəllüdlü Məmmədov Xıdır Oruc oğlu yolu keçmək istəyərkən avtomobil onu vurub. Yaralı təcili tibbi yardımın köməkliyilə xəstəxanaya çatdırılıb.
Müayinə zamanı ona sağ bud-çanaq oynağının əzilməsi diaqnozu qoyulub. Faktla bağlı araşdırma aparılır.
XƏBƏR LENTİ
2025/11/19 14:22

