Bakıda avtoyuma məntəqəsində yanğın olub

Bakıda yanğın hadisəsi baş verib.
Minval.İnfo-nun FHN-in saytına istinadən verdiyi məlumata görə, Bakının Xətai rayonunda ümumi sahəsi 70 m² olan avtoyuma məntəqəsinin dam örtüyü 40 m² sahədə, yaxınlıqdakı 4 ədəd şam ağacı və ümumi sahəsi 10 m² olan köməkçi tikilinin içərisində köhnə avtomobil ehtiyat hissələri yanıb yüksək temperaturdan bitişik hasarın plastik üzlüyü 12 m² sahədə əriyib.
Avtoyuma məntəqəsinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.
XƏBƏR LENTİ
2025/11/19 14:22

