Bakıda bəzi küçələrdə tıxac var
Bakı Nəqliyyat Agentliyi paytaxt küçələrinin vəziyyəti ilə bağlı açıqlama yayıb.
Minval.info xəbər verir ki, bu dəqiqələrdə Bakı şəhəri üzrə bəzi küçə və prospektlərdə sıxlıq və tıxac müşahidə edilir.
Yollardakı sıxlıq və tıxac səbəbindən avtobusların təyin olunmuş interval üzrə hərəkətində ləngimələr qeydə alınır.
Qurum sərnişinlərdən xahiş edir ki, sıxlıq və tıxacla əlaqədar avtobusların ləngiməsini anlayışla qarşılasınlar.
XƏBƏR LENTİ
2025/11/19 14:22

