Bakıda bahalı maşının təkərlərini oğurladılar – FOTO

Bakıda avtomobil qarət olunub.
Minval.info xəbər verir ki, bu barədə zərərçəkmiş özü sosial şəbəkədə məlumat paylaşıb. Bildirib ki, hadisə sentyabrın 15-i gecə saatlarında paytaxtın Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Sülh küçəsində qeydə alınıb.
Naməlum şəxslər “Toyota Prius” markalı avtomobilin təkərlərini oğurlayıblar.
Faktla bağlı polisə müraciət edilib, axtarışlar davam etdirilir.
XƏBƏR LENTİ
2025/11/19 14:22

