Bakıda banka basqın oldu – Son Dəqiqə
“Turanbank”ın Bakıdakı filiallarından birinə basqın olub.
Minval.İnfo Report-a istinadən xəbər verir ki, hadisə bankın Nizami küçəsi-53 ünvanında yerləşən Yasamal filialında qeydə alınıb.
Məlumata görə, əlində kəsici alət olan naməlum şəxs filialın kassasına yaxınlaşaraq kassirdən hədə-qorxu ilə pul tələb edib.
Hadisə yerinin yaxınlığında olan polis əməkdaşları həmin şəxsi yaxalayıb.
Fakt üzrə araşdırmalar davam etdirilir.
Minval.İnfo
XƏBƏR LENTİ
2025/11/19 14:22

