Bakıda binada yanğın: 1 azyaşlı tüstüdən zəhərlənib
Bakının Xətai rayonunda çoxmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində yanğın baş verib.
“Minval.info” Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, nəticədə 1 nəfər azyaşlı tüstüdən zəhərlənib. Bununla yanaşı, 2 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyyə edilib.
Ümumi sahəsi 97 m2 olan 2 otaqlı mənzilin yanar konstruksiyaları 28 m2 sahədə yanıb. Qalan hissəsi isə yanğından mühafizə olunub.
Yanğın söndürülüb.
XƏBƏR LENTİ
2025/11/19 14:22

