Bakıda binanın fasadını təmir edən şəxs yüksəklikdən yıxıldı
Nəsimi rayonunda bədbəxt hadisə baş verib.
Oxu.Az xəbər verir ki, Şamil Əzizbəyov küçəsində 1987-ci il təvəllüdlü Həsənov Vüsal Akif oğlu binadan yıxılaraq ağır xəsarət alıb.
Yaralı ağır vəziyyətdə xəstəxanaya çatdırılaraq reanimasiya şöbəsinə yerləşdirilib.
Ona qapalı kəllə-beyin travması diaqnozu qoyulub. Vəziyyəti ağır qiymətləndirilir.
İlkin məlumata görə, V.Həsənov binanın fasadını təmir edərkən yıxılıb.
Faktla bağlı Nəsimi Rayon Polis İdarəsində araşdırma aparılır.
XƏBƏR LENTİ
2025/11/19 14:22

