Bakıda binanın üzərində bina tikilir – FOTOLAR
Bakının Suraxanı rayonunda tikintisi yekunlaşmış binaya yeni mərtəbələrin əlavə olunması üçün yenidən tikinti işlərinə başlanılıb.
“MediaPost” xəbər verir ki, bu barədə həmin bina sakinləri tərəfindən narazılıqlar yaranıb. Sözügedən yaşayış binası Yeni Günəşli qəsəbəsi, D massivi, Samir Cəfərov küçəsində yerləşir.
Sakinlərin sözlərinə görə, bina təhvil verilib və binada yaşayış var. Lakin tikinti şirkəti layihədən kənar əlavə 1 mərtəbə və mansar da tikməyə başlayıb.
Yaşayış binasının “Badi Kubə” MTK tərəfindən tikildiyi güman olunur.
Suraxanı rayonu İcra Hakimiyyətinin müxtəlif vəzifəli şəxsləri sualdan yayınıbar.




XƏBƏR LENTİ
2025/11/19 14:22

