Bakıda böyük mağazası olan iş adamı və arvadı öz evində girov götürüldü – Video
Türkiyədə məşhur iş adamı “Sarar” Şirkətlər Qrupunun prezidenti Cəmaləddin Sararın evinə basqın edilib.
İş adamının Eskişehirdəki evinə basqın edən əli silahlı 3 maskalı şəxs əvvəlcə onun və həyat yoldaşı Zəhra Sararın əl-qolunu bağlayaraq girov götürüb.
Dəstə üzvləri bundan sonra mənzildə olan kassadakı bütün pul və qızıl-zinət əşyalarını götürüb qaçıblar.
İş adamı polisə ifadəsində maskalı şəxslərin əcnəbi olduqlarını, Şərqi Avropa ölkələrinin dillərində danışdıqlarını bildirib.
Basqınçılar əcnəbi olduğundan Türkiyə İnterpolu da əməliyyat-axtarış tədbirlərinə qoşulub.
Qeyd edək ki, “Sarar”ın mağazalar şəbəkəsinin Bakıda da mağazası var.
(baku.ws)
XƏBƏR LENTİ
2025/11/19 14:22

