Bakıda bu yol sürücüləri çaş-baş salır – VİDEO
Bakının küçələrindən birində da sürücülər qəza riski ilə qarşılaşır.
Minval.info xəbər verir ki, Binəqədi rayonunun 9 mkr ərazisində bir küçədən digərinə keçərkən sürücülər çaş-baş qalır. Belə ki, Zərifə Əliyeva adına göz klinikasından üzü Nəsimi metrostansiyası istiqamətində hərəkət edən avtomobillərin bəziləri əks yola daxil olur. Daha dəqiq desək, işıqfordan çıxarkən İlqar Cümşüdov küçəsindən Svetlana Əliyev küçəsinə keçən sürücülərin yola bələd olmayanı qəza riski ilə üzləşir.
Yolun kənarında dayanan avtomobillər isə işi daha da çətinləşdirir. Eyni zamanda, bu, sürücülərin həmin küçəni rahat görməsinə əngəl olur.
Dəfələrlə işıqfordan çıxan avtomobilin sürücüləri bilmədən əks yola çıxıb. Hətta bəzi sakinlərin deməsinə görə, nəqliyyat vasitələri bir neçə dəfə səki daşına çırpılıb.
Həmçinin birdirək ki, həmin ərazidə küçələrin kəsişməsində avtomobillər hərəkət edərkən qəza riski ilə üzləşirlər.
Minval.info

