Bakıda bu yollarda sıxlıq var – BNA

Bakı Nəqliyyat Agentliyi paytaxt yollarında vəziyyəti açıqlayıb.
Agentlikdən Minval.info-ya verilən məlumata görə, hazırda paytaxtın Alı Mustafayev küçəsi – 20 Yanvar dairəsindən Ziya Bünyadov prospekti istiqamətində, Ziya Bünyadov prospekti – Abdulvahab Salamzadə küçəsi tunelin içi və kənar yol hər iki istiqamətində sıxlıq müşahidə olunur.
Həmçinin, Bakı-Sumqayıt şossesi – şəhər istiqamətində Tbilisi prospekti – şəhər istiqamətində, Üzeyir Hacıbəyli küçəsi – Cavanşir körpüsündə və Koroğlu Rəhimov küçəsi – Həsən Əliyev küçəsi istiqamətində sıxlıq var.
XƏBƏR LENTİ
2025/11/19 14:22

