Bakıda bu yollarda sıxlıq yaranıb (SİYAHI)

Bakı Nəqliyyat Agentliyi paytaxt yollarındakı vəziyyəti açıqlayıb.
Agentlikdən Minval.info-ya verilən məlumata görə, hazırda Bakı-Sumqayıt şossesində – şəhər istiqamətində, Üzeyir Hacıbəyli küçəsində – Cavanşir körpüsündə, Alı Mustafayev küçəsində – “20 Yanvar” dairəsindən Ziya Bünyadov prospekti istiqamətində sıxlıq yaranıb.
Həmçinin, Yusif Səfərov küçəsində – Cavanşir körpüsü istiqamətində, Babək prospektində – Yusif Səfərov küçəsi istiqamətində, Rəşid Behbudov küçəsində – Xəqani küçəsi ilə kəsişmədən Mərkəzi Bankın qarşısına qədər və Heydər Əliyev prospektində – orta və kənar yolda Atletlər kəndinin qarşısından şəhər istiqamətində sıxlıq müşahidə edilir.
XƏBƏR LENTİ
2025/11/19 14:22

