Bakıda “Caspian Plaza” yanır – İnsanlar təxliyə edildi (VİDEO)
Minval.İnfo-nun verdiyi xəbərə görə, bu dəqiqələrdə Bakının Cəfər Cabbarlı küçəsində yerləşən “Caspian Plaza” iş mərkəzində yanğın baş verib.
Hadisə yerinə yanğınsöndürən briqadalar cəlb olunub.
İş mərkəzində çalışanlar təxliyyə edilib. Plazada çalışanlardan bəziləri liftdə qalıb.
Əlavə məlumat verəcəyik.
XƏBƏR LENTİ
2025/11/19 14:22


