Bakıda çoxmərtəbəli binada yanğın olub – Foto
Bakının Yasamal rayonunda yanğın baş verib.
ONA-nın xəbərinə görə, hadisə Qurban Xəlilov küçəsi 18 ünvanında yerləşən 18 mərtəbəli yaşayış binasının 12-ci mərtəbəsində qeydə alınıb.
Bildirilir ki, yanğın Rauf Hüseynova məxsus 4 otaqlı mənzilin mətbəxində yaranıb. Həmin vaxt evdə heç kim olmayıb. Ev sahibləri kondisioneri və paltaryuyanı işlək vəziyyətdə qoyaraq getdiyindən cihazlarda qısaqapanma baş verib.
Hadisə yerinə FHN-in yanğınsöndürən texnikaları və təcili tibbi yardım briqadası cəlb olunub. 12-ci mərtəbədə qeydə alınmış yanğın qaldırıcı qurğuların köməkliyi ilə söndürülüb.
Yanğın zamanı xəsarət alan olmayıb.
![Bakıda hündürmÉrtÉbÉli binada yanÄın olub - [color=red]FOTO[/color]](http://cdn.minval.info/2019/05/365ceda945e4cf0.jpg)
XƏBƏR LENTİ
2025/11/19 14:22

