Bakıda çoxmərtəbəli binada yanğın
Bakıda yanğın hadisəsi baş verib.
Minval.info xəbər verir ki, paytaxtın Yasamal rayonunda çoxmərtəbəli yaşayış binasının 9-cu mərtəbəsində yerləşən, ümumi sahəsi 74 m² olan 3 otaqlı mənzilin eyvanında 0,5 m² sahədə taxta qırıntıları yanıb.
Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
İlkin məlumata görə, yanğın zamanı xəsarət alan olmayıb.
Yanğınla əlaqədar təxliyə aparılmayıb.
XƏBƏR LENTİ
2025/11/19 14:22

