Bakıda körpünün üstünə çıxan şəxs intihar etmək istəyir – FOTO, VİDEO
Paytaxtda Bakı sakini intihar etməyə cəhd göstərir.
Hadisənin Heydər Əliyev prospektinin “Koroğlu” metro stansiyası yaxınlığında baş verdiyi deyilir. Körpünün üstünə çıxan vətəndaş oradan özünü atacağını söyləyir. Bu barədə şahidlər minval.info-ya məlumat verib.
Əraziya Fövqəladə Hallar Nazirliyinin xilasediciləri cəlb olunub.
Bununla yanaşı hüquq mühafizə orqanı əməkdaşlarının dahadisə yerinə gəldiyi bildirilir. cəlb olunub.
Hazırda körpünün üstündə olan vətəndaşı fikrindən daşındırmağa çalışırlar.
Hadisə səbəbindən prospektdə tıxacın yarandığı bildirilir.
Samir Mirzə / Minval.info
Baş nazir Bakıda intihar etmək istəyən şəxslə telefonla danışdı (FOTO)
XƏBƏR LENTİ
2025/11/19 14:22



