Bakıda dəhşətli piyadavurma: uşaq son anda xilas oldu, ana isə… – VİDEO
Bakıda bir müddət öncə baş vermiş daha bir piyadavurma hadisəsi kameraya düşüb.
“MediaPost” xəbər verir ki, yol-nəqliyyat hadisəsi “Koroğlu” metrostansiyası yaxınlığında qeydə alınıb. Yüksək sürətli magistral yolu müəyyən olunmamış yerdən keçən piyadanı avtomobil vurub.
Belə ki, yeraltı keçid olduğu halda azyaşlı uşaq ilə bərabər yolu qaçaraq keçməyə cəhd edən qadın sürücü tərəfindən vurulub.
Qeyd edək ki, qəzanın baş verdiyi yer sürücülərin əvvəlcədən görə bilməyəcəyi nöqtədir. Qəza zamanı isə sürücü avtomobili qaçırtmağa cəhd edir. Nəticədə uşağı vurmur. Amma qadın qəzadan xilas ola bilmir.
XƏBƏR LENTİ
2025/11/19 14:22

