Bakıda dəhşətli qəza: Piyada faciəvi öldü – Video (+18)
Bakıda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
“Report” xəbər verir ki, hadisə A.Nobel prospektində, Bakı İstilik Elektrik Mərkəzinin yaxınlığında qeydə alınıb.
Belə ki, “VAZ-2107” markalı avtomobil yolu keçən piyadanı vurub. Nəticədə o, aldığı xəsarətlərdən hadisə yerindəcə dünyasını dəyişib.
Hadisəni törədən sürücü polis tərəfindən saxlanılıb.
XƏBƏR LENTİ
2025/11/19 14:22

