Bakıda dəhşətli yol qəzası – 1 ailənin faciəsi
Minval.info Lent.az-a istinadən xəbər verir ki, Pirallahı yolunda “VAZ 2106” markalı minik avtomobili sürücünün idarəetməsindən çıxaraq işıq dirəyinə çırpılıb.
Zərbənin gücündən avtomobilin arxa oturacağında əyləşən gənc qadın və 4 aylıq körpəsi hadisə yerində vəfat edib. Sürücü isə ağır xəsarətlərlə xəstəxanaya çatdırılıb. Onun vəziyyətinin çox ağır olduğu bildirilir.
Qəzanı törədən sürücü vəfat edən uşağın atası olub.
Faktla bağlı araşdırma aparılır.
XƏBƏR LENTİ
2025/11/19 14:22


