Bakıda daha bir yanğın – 15 nəfər təxliyyə olundu
Xəzər rayonunda beşmərtəbəli yaşayış binasında yanğın olub.
Minval.info” FHN-ə istinadən xəbər verir ki, binanın çardağında istifadəsiz ev əşyaları və taxta tullantıları 10 m² sahədə yanıb. Yanğın zamanı 15 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyyə olunub. Bina və mənzillər yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
XƏBƏR LENTİ
2025/11/19 14:22

