Bakıda amansız qətl: Yaşlı qadın hissələrə bölündü
Bakıda amansız qətl hadisəsi qeydə alınıb.
Minval.İnfo-nun əldə etdiyi məlumata görə, hadisə Binəqədi rayonunun 8-ci mikrorayon ərazisində baş verib. Belə ki, təxminən 70 yaşlı qadının meyiti zibil konteynerində aşkarlanıb.
Onun qətlə yetirildikdən sonra hissələrə bölündüyü bildirilir. Yaşlı qadının doğrandıqdan sonra torbaya qoyularaq zibil konteynerinə atıldığı söylənilir.
Hazırda baş verən hadisə üzrə araşdırmaların aparıldığı deyilir.
Sani / Minval.info
XƏBƏR LENTİ
2025/11/19 14:22

