Bakıda ev yandı

Sabunçu rayonunda ev yanıb.
Minval.İnfo Fövqəladə Hallar Nazirliyinin saytına istinadla xəbər verir ki, Bakı şəhərinin Sabunçu rayonunda ümumi sahəsi 45 m² olan birmərtəbəli 2 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları 40 m² sahədə yanıb. Evin qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
XƏBƏR LENTİ
2025/11/19 14:22

